Elbrus Məmmədov: "İlk hissədə əzmkarlıq görmədim"

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandam ilk hissədə sönük oyun nümayiş etdirdi". 

Newsport.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqanın 24-cü turunda evdə AZAL-a uduzduqları oyundan (0:1) sonra deyib.

E.Məmmədov komandasının ikinci hissəsindəki oyunundan razı qaldığını bildirib: "Düşünmürəm ki, ilk hissədəki sönük oyun yorğunluqla əlaqədardır. Belə olsa, ikinci hissədə fərqli oyun göstərməzdilər. Deyə bilərəm ki, ikinci hissədən razı qaldım. Bu gün "Xəzər Lənkəran"ın siması əzmkar futboldur. Təəssüfki ilk 45 dəqiqədə bunu görmədim. Qol vəziyyətlərindən istifadə edə bilmədik. Əvəzində penaltidən qol buraxdıq".

Sportnet.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right