Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə "Qəbələ"yə 1:2 hesabıyla uduzan "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev istefa verib.
Newsport.az-ın məlumatına görə, bunu baş məşqçi özü oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb:
- İstefa verirəm. Bunu deyə bilərəm ancaq.
- İstefaya məcbur getdiz, yoxsa öz fikrinizdi?
- Özüm gedirəm. Əsas odur ki, istefa verdim.
- Siz tək gedirsiz, yoxsa gedəcək başqa adamlarda var?
- Mən gedirəm. Kim gedir bilmirəm.
- Ruslan Qurbanov formasını sizin yanınızda yerə atdı. Ona nəsə dediz?
- Danışdım. Emosiyalar gərgin idi.
- Dediz ki, “Neftçi” məğlubiyyətlərə layiq deyil. Bəlkə istefa səbəbinizi deyəsiz?
- Mən heç nə demək istəmirəm.
- Sizdən əvvəl də məşqçi yollanılmışdı. Bəlkə rəhbərlik məşqçiləri “qurbanlıq” edir...
- Heç nə deyə bilmərəm.