Bu gün Azərbaycan Premyer Liqasının 24-cü turunun “Neftçi” – “Qəbələ” oyununda qonaq komanda 1:2 hesabıyla qalib gəldi.
Newsport.az-ın məlumatına görə, oyundan sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk matç barədə danışıb:
- İlk hissədə “Qəbələ”yə nə olmuşdu?
- Birinci hissədə bizdə bəzi çatışmazlıqlar vardı. Bizdə bunu gördük və fasilədə bunu futbolçulara çatdırdıq. Nə baş verirdi? Bizdə futbolçularda hislər ağılı üstələyidi. Onlar tələsirdilər qol vurmaq üçün və top itkisinə yol verirdilər. “Neftçi”nin futbolçuları isə cavan və gəncdilər.
- Elvin Camalovun vəziyyəti nə yerdədi? Ona ciddi xəsarət yetirdilər...
- Elvin camalovla maraqlandım. Bundan əvvəlki oyunda da xərəkdə çıxartmışdılar. Elvin Camalov çox güclü inkişaf edir. Həkimlər onun barəsində qərar verəcək.
- Oyunu sizin aktivinizə yazmaq olar? İki əvəzləmə etdiz, biri ötürmə verdi, digəri qol vurdu. Yoxsa rəqibin “qırmızı” alması həlledici oldu?
- Rəqibi məcbur etdik ki, geri otursun. Beləliklə də biz qollar vurduq. Bizim məcburiyyətimizdən rəqib kobud oynadı və qırmızı aldı.
- Demək olar ki, siz əvəzləmələrdə Əsgər Abdullayevi üstələdiz. Çünki onun əvəzləmələri özünü doğrultmadı, sizdə isə alındı...
- Yox. Sadəcə bizim əvəzləmələr lazımı yerdə oldu və alındı. Rəşad Eyyubov indiyədək hücumçu kimi oynamamışdı. Amma məndə belə bir hiss yarandı ki, onu hücumda oynadım. Belə də etdim və uğurlu da alındı.
- Ukrayna mətbuatı yazıb ki, “Şaxtyor” sizi istəyir. Söhbər sıradan bir komandadan yox, “Şaxtyor”dan gedir. Bu məsələ sizi düşündürür?
- Əvvəllər də bu tip suallar olurdu. “Şaxtyor”da da, Ukrayna millisində də çox görkəmli məşqçilər var. Mən bütün qəlbimlə Ukrayna millisinə azarkeşlik edirəm. “Şaxtyor”da önəmli komandadır. Onlardan çox şey öyrənmək olar. Bu barədə ancaq bunları deyə bilərəm.