Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura stert veriləcək.
Newsport.az saytının məlumatına görə, turun ən maraqlı qarşılaşması "Azərsun Arena”da baş tutacaq. Lider "Qarabağ” ən yaxın izləyicisi "Zirə”ni doğma azarkeşləri önündə qəbul edəcək. Hazrda adıçəkilən komandaları bir-birindən cəmi 4 xal ayırır. Sözügedən qarşılaşmada qələbə qazanmağı düşünən "Qarabağ” ikinci pillədən bir qədər aralanmağı düşünür. 2016-cı ildə Premyer Liqada məğlubiyyət üzü görməyən "Zirə” isə həm seriyasını davam etdirmək, həm də liderlə xal fərqini aradan qaldırmaq niyyətindədi.
Sözügedən qarşılaşma təkcə komandaların turnir cədvəlindəki mövqeyi baxımından prinsipiallıq daşımır. Belə ki, komandaların heyətində yer alan iki cənubi amerikalı futbolçular bombardirlər siyahısında liderdi. "Qarabağ”ın futbolçusu Riçard Almeyda və "Zirə”li Nelson Bonillanın hesabında 8 qol var. Adı çəkilən futbolçulardan biri bu qarşılaşmada qol vursa liderliyə yüksələcək.
Qeyd edək ki, Bonilya qollarından birini penaltidən yerinə yetirib. Almeyda isə vurduğu 8 qolun yarısını 11 metrlik cərimə zərbəsindən vurub. Hər iki futbolçu mövsüm ərzində 2 dublla yadda qalıb.