Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək.
Newsport.az saytının məlumatına görə,ilk oyun günündə dörd görüş baş tutacaq. Öncə çempionatın autsayderlərindən hesab olunan "Xəzər Lənkəran" doğma meydanda AZAL-la qarşılaşacaq.
Daha sonra iddiaları ilə nəticələri üst-üstə düşməyən iki komanda - "Neftçi" və "Qəbələ" üz-üzə gələcək.
Qış fasiləsindən sonra uğursuz çıxış edən "Sumqayıt" bu turda "İnter"i qəbul edəcək.
İlk oyun gününün son matçında lider "Qarabağ" turun mərkəzi oyunu çərçivəsində əsas izləyicisi "Zirə"ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası
24-cü tur
5 mart
18:00.“Qarabağ” – “Zirə” - 1:0
Qol: Muarem Muarem, 3 (1:0), Mahir Mədətov, 90+3 (2:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov
“Azərsun Arena”
17:00. “Sumqayıt” – “İnter” - 0:1
Qol: Nizami Hacıyev, 47 (0:1)
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
“Kapital Bank Arena”
15:00. "Neftçi" – "Qəbələ" - 1:2
Qollar: Anyete, 26 (1:0), Rafael Santos, 51 (1:1), Rəşad Eyubov, 89 (1:2)
Qırmızı vərəqə: Rodriges Filyo Jairo, 79 ("Neftçi")
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
“Bakcell Arena”
14:00.”Xəzər Lənkəran” – AZAL - 0:1
Qol: Aleksandr Quruli, 36-pen (0:1)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ziya Nəsirov
“Xəzər Lənkəran” mərkəzi stadionu