Nikolas Kanales Azərbaycan Premyer Liqasının XXIV turunda "Neftçi”nin heyətində debüt edə bilər.
Newsport.az saytının məlumatına görə, Çilli milli komandasının futbolçusu artıq kollektivlə birgə məşq edir.
Uzun müddətdir futboldan kənarda qalan və futbolçu bu müddətə qədər komandadan ayrı çalışırdı. Kollektivə qoşulan futbolçunun "Qəbələ”ilə oyunda bir neçə dəqiqə meydanda olacağı gözlənilir.
Qeyd edək ki, "Neftçi” – "Qəbələ” oyunu sabah baş tutacaq.