"Qəbələ"nin futbolçusu Ruslan Abışov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Newsport.az saytına açıqlamasında o, bunları söyləyib: “Neftçi” doğma meydanda oynayacaq.Baxmayaraq ki,rəqibimiz son vaxtlar yaxşı çıxış etmir amma onlarda bu oyuna qələbə üçün çıxacaqlar.Komanda gənclərdən qurulsa da, meydanda çox qaçırlar. Bizim üçün xal itkisi yolverilməzdi. “Qarabağ” və “Zirə” bizdən çox uzaqlaşıb. Onlara bu fərqi daha da artırmağa şərait yaratmamalıyıq. Ona görə də “Neftçi”ni mütləq məğlub etməliyik”.
“Qəbələ”nin müdafiəçisi qeyd edib ki, komandası hər iki cəbhədə sona kimi mübarizə aparacaq: “Həm kubokda, həm də çempionatda uğur qazanmaq istəyirik. Hansını qazana bilsək, bizim üçün sevindirici olacaq. Hər ikisini qazansaq, lap əla olar. Gücümüz buna imkan verir”.
Millinin üzvü daha sonra zədədən sonra ilk oynunda özün necə hiss etdiyini və "Zirə" ilə oyunda oyunun son dəqiqələrində əvəzlənməsinə münasibət bildirib:"Zədədən sonra ilk oynum idi,əvəzlənməmi baş məşqçi istədi səbəbin o,daha yaxşı bilir.Özümü yaxşı hiss edirəm və daha da yaxşı olacam İnşAllah,oyundan sonra baş məşqçi durumumla maraqlandı özümü necə hiss etdiyimi soruşdu,çox saq olsun hər zaman yanımdadı,mənimlə maraqlanır dəstəy olur".