"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" üzərində qələbədən sonra komandada əhval-ruhiyyə yaxşıdır. Baxmayaraq ki, yorğunluq var.Miktotravmalar var,Zaman Mirzəzadənin kiçik zədəsi var. Amma oyuna tam optimal heyətlə çıxacam. Maksimum nəticəyə çalışacayıq. Oyuna qədər bərpa olmağa çalışacağıq. Buna baxmayaraq, maksimum nəticəyə çalışacayıq.Qarşıdakı oyunda bir hədəfimiz var - qələbə qazanmaq".
Məmmədov son zamanalr uğursuz çıxışın fonunda itirlmiş azareklərlə bağlı fikir bildirib:"Biz də onun üçün çalışırıq ki, yaxşı oyunumuzla azarkeşləri tribunalara qaytraq, onlar da öz növbəsində gənc futbolçularımıza dəstək olsunlar. Gələcək oyunlarda Azarkeş qüvvəsinə ehtiyacımız var.Onları bizə dəstək olmalarına dəvət edirəm.Biz meydana onlar üçün çıxırıq,azarkeş olmasa bizim oynadığımız futbolun heç bir anlamı olmaz".