"Kəpəz" "Rəvan"la matç öncəsi kapitansız qaldı

"Kəpəz" Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində qarşılaşacağı "Rəvan"la oyuna hazırlığı davam etdirir.

Newsport.az-ın məlumatına görə, Gəncə klubunun heyətində bəzi itkilər var.

Belə ki, kapitan Tural Axundov növbəti oyunu sarı vərəqə limitini doldurduğuna görə buraxmalı olacaq. Zədədən əziyyət çəkən Juninyo və Orxan Əliyevin da meydana çıxmaq ehtimalı yüksək qiymətləndirilmir.

Qeyd edək ki, "Rəvan" - "Kəpəz" matçı martın 6-da "Bayıl Arena"da keçiriləcək və saat 16:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right