"Qarabağ”ın Reynaldo həsrəti başa çatmaq üzrədir.
Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu yaxın müddətdə uzun fasilədən sonra yenidən yaşıl meydanlara qayıdacaq.
Əldə etdiyimiz məlumata görə, Ağdam klubunun aparıcı üzvü hazırda fərdi məşqlərlə kifayətlənir. "Sambaçı” 10-12 gün sonra komanda ilə birgə kollektiv məşqlərə başlayacaq. Əgər belə davam edərsə Reynaldo ən tez martın sonu, ən gec isə apreln əvvəlndə yenidən yaşılmeydanlara qayıdacaq.
Qeyd edək ki, braziliyalı futbolçu təxminən 5 aydır zədəsini sağaltmaqla məşqğuldu.