"Qarabağ”ın və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Rahid Əmirquliyevin durumuna aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Sumqayıt”la ev qarşılaşmasının 15-ci dəqiqəsində zədələnən və yerini Riçard Almeydaya buraxan təcrübəli oyunçu ötən gün tibbi müayinədən keçib.
Müayinənin sonunda futbolçunun əzələsində yırtıq aşkarlanıb. Bu isə futbolçunun 1 ay yaşıl meydanlardan kənarda qalması deməkdir. Əmirquliyev ən tezi aprel ayının əvvəllərində yaşıl meydanlara ayaq basa biləcək.
Bu zədə həmçinin milli komandamızın baş məşqçisi Robert Prosineçkinin planlarına da təsir edə bilər. Rahid martın sonu Antalyada baş tutacaq Qazaxıstan milli komandası ilə oyunu da buraxacaq.