Bakıda möhtəşəm matç: "Qarabağ" - "Qalatasaray"

“Qarabağ” futbol klubu ilə Türkiyənin “Qalatasaray” futbol klubları arasında yoldaşlıq görüşü keçiriləcək.

Newsport.az-ın məlumatına görə, görüşün bu ayın sonunda keçirilməsi nəzərdə tutulub.

Klubların mart ayının 29-da Bakıda yoldaşlıq görüşü keçirməsi ilə bağlı klub rəhbərlikləri arasında danışıqların olduğu və razılığa gəlindiyi bildirilir.

Oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.  

“Qarabağ” futbol klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlamasında belə bir görüşün baş tutması ehtimalının olduğunu təsdiqlədi. Lakin klub rəsmisi görüşün keçirilməsi ilə bağlı dəqiq məlumatın hələ ki olmadığını söylədi.

musavat.com





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right