"Kəpəz"in zədəli futbolçusu Juninyo artıq sağalıb.
Newsport.az-ın məlumatına görə, Gəncə klubunun aparıcı üzvü kollektiv məşqlərə başlayıb. Baş məşqçi Şahin Diniyev şans versə, braziliyalı futbolçu "Rəvan"a qarşı oynaya biləcək.
Qeyd edək ki, oyun martın 6-sı saat 16:00-da baş tutacaq.