Premyer Liqanın XXIV turunda "Sumqayıt”ın qonağı olacaq "İnter”in heyətində ciddi itkilər var.
Newsport.az-ın məlumatına görə, "bankirlər"in baş məşqçisi Zaur Svanadze "Sumqayıt"la matçda
Laşa Kasradze, Fuad Bayramov və Mirsahib Abbasovun xidmətindən məhrum olacaq. Belə ki, sözügedən futbolçular zədə səbəbindən "İnter"ə kömək edə bilməyəcəklər.
Qeyd edək ki, "Sumqayıt” – "İnter” oyunu martın 5-də baş tutacaq. Oyun 17:00-da "Kapital Bank Arena”da keçiriləcək.