Türkiyənin "Qalatasaray” klubu ciddi itki ilə üzləşib.
Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı futbolçusu Sabri Sarıoğlu bir müddətlik sıradan çıxıb.
Belə ki, ötən gün Türkiyə kubokunda "Akhisarspor”la qarşılaşmada zədə alan futbolçu bu gün tibbimüayinədən keçib. Tibbi müayinədən sonra aparıcı futbolçunun 3 həftəlik sıradan çıxdığı bəlli olub.
Qeyd edək ki, "Qalatasara”ın digər aparıcı oyunçusu Sinan Gümüş də zədədən əziyyət çəkir.