Təbriz Həsənov: "Hücumda istədiyimiz kimi çıxış etmədik"

"Birinci hissədəki oyunumuz son 4 qarşılaşmada nümayiş etdirdiyimiz ən zəif oyun idi. Fasilədə komanda ilə söhbət etdik və ikinci hissədə nisbətən daha yaxşı oynaya bildik. Bununla belə, hücumda istədiyimiz kimi çıxış etmədik. Xüsusilə, kəsərli hücumlar qurmaq üçün sürətimiz çatmırdı".

Newsport.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov Ukraynaya 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

T.Həsənov keçirdikləri son 4 oyunda komandadakı çatışmazlıqların nədən ibarət olduğunu gördüklərini bildirib: "Rusiya və Ukrayna yığmalarını müqayisə etsək, ikincilərin daha güclü olduğunu qeyd edə bilərəm. Keçirdiyimiz 4 oyun çatışmazlıqlarımızın nədən ibarət olduğunu daha qabarıq göstərdi. Problemləri aradan qaldırıb Avropa çempionatında yaxşı çıxış etməyə çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right