“Kəpəz” bu gün bəzi futbol menecerləri ilə bağlı etiraz bəyanatı yayıb.
Newsport.az-ın xəbərinə görə, klubun rəsmi saytı vasitəsi ilə yayılan bəyanatda bildirilir ki, son dövrlər bəzi “işbaz” menecerlər tərəfindən “Kəpəz” PFK-nın adından istifadə etməklə İrandan və bəzi ölkələrdən Azərbaycana futbolçular dəvət olunur. Belə oyunçulara klubun adından yalandan müəyyən vədlər verilir.
“Nəzərinizə çatdırırıq ki, “Kəpəz” PFK-nın belə menecerlərlə heç bir əlaqəsi yoxdur və futbolçuları bu cür insanlara inanmamağa çağırırıq. Əks təqdirdə bütün məsuliyyət onların öz üzərinə düşəcək” – deyə bəyanatda bildirilib.