Millimiz dünya reytinqində irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Newsport.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan millisi 4 pillə irəliləyib.

Ötən ay heç bir oyun keçirməyən yığmamız hazırda 300 xalla 112-ci pillədə qərarlaşıb.

Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 4-cü, Çexiya 25-ci, Şimali İrlandiya 28-ci, Norveç 51-ci və San-Marino isə 198-ci pilləsində qərarlaşıb. 

Siyahının ilk pilləsində dəyişiklik olmayıb. Belçika yığması birinci pillədəki mövqeyini qoruyub. Argentina millisi ikinci, İspaniya isə üçüncü pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right