Ruslan Abışov: "Xeyr, o, məni təhqir etmədi, ona dedim ki, sakit ol" MÜSAHİBƏ

“Qəbələ”nin müdafiəçisi Ruslan Abışov “Zirə” ilə oyundan sonra Newsport.az-a müsahibə verib:

 

Oyun barədə nə deyəcəksən?
- Bilirdik ki, çətin olacaq. İlk oyunu səfərdə oynayırdıq. Nəticəni də öz xeyrimizə dəyişmək istəyirdik. “Zirə” çempionatda ikinci pillədə gedir və fasilədən sonra da yaxşı çıxış edir. Heç kimə məğlub olmayan komanda idi. Bizdə də “Xəzər Lənkəran”la görüşdən sonra çətinlik olmuşdu. “Zirə”yə qarşı çox yaxşı çıxış etdik. Hələ qarşıda cavab oyunu var və hələ heç nə bitməyib. Cavab oyunundan sonra demək olar ki, 100 faiz mərhələni kim keçəcək.



Amma bu nəticəyə görə “Qəbələ”nin böyük üstünlük qazandığını demək olar?
- Düzdü, sözsüz. Amma qarşıda hələ cavab oyunu var. Hər şey dəyişə bilər. Bizi qarşıda “Neftçi” ilə oyun gözləyir. Çətin oyun olacaq. Həmin matçdan sonra “Zirə” ilə cavab oyununu fikirləşəcəyik. Əlbəttə bizim üçün kubok da önəmlidi.

 

Əvəzlənməyinin səbəbi nə idi?
- Düzü, əslində vurduğumuz qoldan sonra əvəzlənməli idim. Çünki çox yorulmuşdum. Artıq iki aydan çox idi oynamırdım. Zədədən sonra çətin idi. Ancaq şükürlər olsun ki, qalib gəldik. İnanıram ki, 2-3 ay sonra tam formamı bərpa edəcəm

 

Əvəzləndiyin anda “Zirə” azarkeşləri ilə dialoqun oldu və çox əsəbləşdin. Deyəsən səni təhqir etmişdi...
- Xeyr, təhqir etmədi. Meydandan daha tez çıxmağımı tələb etdi. Mən də ona dedim ki, sakit ol, yəni bu qədər.

 

Zədədən qayıtdıqdan sonra birinci oyunu sünii meydanda oynamaq əlavə çətinlik yaradırdı?
Əlbəttə, çətinlik yaratdı. Çox çalışıram, inanıram ki, bu çalışmağımın bəhrəsini görəcəm. Gələn oyunlarda inşallah daha yaxşı çıxış edəcəm.

  

"Qəbələ” avrokuboklara ölkə kubokundan yollanmaq istəyir, yoxsa Premyer Liqadan?
- Məqsədimiz, mövsümü ən azından titulla başa vurmaqdı. Düzdü, çempionluq haqda danışmaq bir az çətindi. Çünki xal fərqi çoxdu. Buna baxmayaraq sona kimi mübarizəmizi aparacağıq. Hələ qarşıda çox oyunlar var. Kubokda da, çempionatda da iddialıyıq. Çalışacağıq ki, mövsümü titulla başa vuraq.

          
Yarımfinal şansınız böyükdü. “Zirə”Ni keçsəniz, “Neftçi” – “Xəzər Lənkəran” cütünün qalibi ilə oynaycaqsız. Hər ikisi də sabiq komandandı. İlk görüşdə də “Xəzər Lənkəran” qalib gəldi. Bu nəticə sənin üçün nə dərəcədə gözlənilməz oldu? Bu cütdən hansı rəqibi arzulayardın?
- "Xəzər Lənkəran”ın qələbəsi bizim üçün də gözlənilməz oldu. Amma bizim fərq etmir, yarımfinalda hansı komanda ilə qarşılaşacağıq. Əsas odu biz “Zirə”ni keçək. Ondan sonra baxarıq. Amma bizim üçün “Neftçi” və ya “Xəzər Lənkəran” fərq etmir. Ümidimiz kuboku qazanmaqdı.

         
Necə düşünürsən, “Xəzər Lənkəran” bu üstünlüyü qoruya biləcək?

- Onu oyun göstərəcək, bu barədə nəsə demək çətindi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right