Nicat Qurbanov: "Təmas var idi və penalti idi" MÜSAHİBƏ

Zirə"nin futbolçusu Nicat Qurbanov Newsport.az-a müsahibə verib.

- "Qəbələ"yə məğlubiyyətin səbəbini nədə görürsən?

- "Qəbələ"ni hamı tanıyır. Mübariz komandadır. Biz də əlimizdən gələni etdik qalib gələk, amma alınmadı. Lakin kubok iki oyundan ibarətdir və ikinci oyuna daha yaxşı haırlaşacayıq ki, mərhələni keçən tərəf biz olaq.

- Kənardan belə görünürdü ki, sanki əsas məqsədiniz ilk növbədə qol buraxmamaqdı. Yəni müdafiə olunub əks-hücumlara bel bağlayrdınəz. Oyundan qabaq sizə belə bir tapşırıq verilmişdi?

- Əlbəttə ki, ilk növbədə istəyirdik ki, evdə qol buraxmayaq. Çünki kubok iki oyundan ibarət olduğundan evdə qol buraxmaq mənfi hal sayılır. Biz də hesabı saxlayıb əks-hücumda qol vurmaq istəyirdik.

- Cavab oyununda şansınızı necə görürsən?

- Şansımızın qaldığını düşünürəm. Çünki həmin oyuna elə-belə yanaşmayacayıq. "Zirə" yeni komandadır. İstəyirik ki, mərhələ adlayaq.

- Amma bir məsələ də var ki, "Qəbələ"dən öncə "Qarabağ"la çətin çempionat oyununuz var. Daha sonra yenidən "Qəbələ" ilə çempionat matçınız var. Belə ağır qrafiklə qorxmursunuz ki, kubokda itirdiyiniz güc çempionatda sizə mane olar?

- Biz hər iki cəbhədə sona qədər mübarizə aparacayıq. Düzdür, çempionat daha vacibdir, amma kubokda da sona qədər oynayacayıq.

- Son epizodda rəqib müdafiəçi ilə mübarizədən sonra yerdə qaldın və hakimdən penalti tələb etdiniz. Düşünürsən ki, sənə qarşı qayda pozuntusu var idi?

- Əsas olan hakimin qərarıdır. Təbii, mən futbolçuyam və penalti istəyə bilərəm. Ancaq yekunda hakimin verdiyi qərar əsas götürülür. Konkret mənim fikrimə gəlincə, özümə qarşı təmas var idi və düşünürəm ki, epizod penalti idi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right