"Xəzər Lənkəran" istirahətsiz davam edəcək

Doğma meydanda baş tutan kubok matçında "Neftçi"ni 3:2 hesabı ilə məğlub edən "Xəzər Lənkəran” dayanmadan məşq edəcək.
 

Newsport.az-ın məlumaın görə, cənub təmsilçisi "Neftçi” ilə oyunun ardından özünün baza-otelində istirahətə çəkilib. Lakin bu istirahət çox sürməyəcək və yalnız martın 3-də səhər saat 11:00-da başlayacaq oyunsonrası bərpa məşqinə qədər davam edəcək. Bir gün sonra martın 4-də isə komanda "Fırtınalar meydanı”nda oyunöncəsi son məşqini keçirəcək.
 
Qeyd edək ki, "Xəzər Lənkəran”  Premyer Liqanın XXIV turu çərçivəsində mart ayının 5-də "Fırtınalar meydanı”nda AZAL klubunu qəbul edəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right