17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyunu keçirəcək.
Newsport.az-ın məlumaın görə, millimiz Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. Bakı Olimpya Stadionunda keçirilək matç saat 16:00-da başlayacaq.
CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Əliyar Ağayev, Mübariz Haşımov, Zeynal Zeynalov və Elvin Əsgərovdan ibarət hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, millimiz iki gün əvvəl yoxlama oyununda Ukraynaya 0:2 hesabı ilə uduzub.
3 mart
Yoxlama oyunu
16:00. Azərbaycan (U-17) – Ukrayna (U-17) 0-1
Qol: Denis Yanakov, 22 (0:1)
Bakı Olimpiya Stadionu