"Bəzi oyunçularımızda yorğunluq var idi" - Adil Şükürov

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində evdə “Qəbələ”yə 1:2 hesabıyla məğlub olan “Zirə”nin baş məşqçisi Adil Şükürov oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Şükürov matçdan sonra bunları deyib:

“Komandam yaxşı mübarizə apardı. Qolumuzu vurduq, mübarizəmizi davam etdirəcəyik. Səfər qarşılaşmasında mərhələ keçmək üçün lazım olan sərfəli nəticəni qazanmağa çalışacağıq.

Bu gün fikrimiz ancaq “Qəbələ”ylə oyunda idi. Sadəcə bəzi oyunçularımızda yorğunluq var idi, onları sona yaxın dəyişdik. Ancaq təəssüf ki, oyun planında nəyisə dəyişə bilmədik.

“Qarabağ”la oyun haqqında düşünmürük. İkinci qolu buraxandan sonra imkanlarımız olsa da, cavab qolunu vura bilmədik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right