"Ya udacağıq, ya da uduzacağıq" – Bəhmən Həsənov

"Əsas hədəfimiz çempionat olduğuna görə, bu gün bəzi futbolçulara istirahət verməyi düşünürdüm. Çünki kubok oyunları avrokuboklara bir addım yaxın olsa da, çətindir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Azərbaycan kubokunda 1/4 finalında "İnter"ə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

B.Həsənov onları daha çox "Kəpəz"lə oyunun maraqlandırdığını bildirib:

"Bu gün futbolçularım özlərində güc tapıb oynadılar. Söz vermişəm ki, hakimlikdən danışmayım. Ancaq bu gün hakimlərə təşəkkür edirəm. Gözəl idarəçilik oldu. "İnter"də səviyyəli futbolçular var. Şadam ki, onları məğlub etməyi bacardıq. Evdə qalib gəlmişiksə, səfərdə də bunu davam etdirməliyik. Məmməd, Cəmşid və bir neçə futbolçu xəstə və zədəlidir. Bu gün Ramazan və Ruslana istirahət vermək istəyirdim. Ancaq "İnter"in qarşısını almaq çox çətindir. İlk hissədə də bizə çox çətin anlar yaşadıq. İtirməli bir şeyimiz qalmayıb. Artıq 0:0 söhbətini yığışdırmışıq. Ya udacağıq, ya da uduzacağıq".

B.Həsənov məğlubiyyətdə hesabın fərqinin olmadığını vurğulayıb:

"AZAL-la son oyunda etiraf edim ki, bizə 4-5 qol vurmalı idilər. Çalışdım ki, gənclərə üstünlük verim. Futbolçularıma çox güvənirəm. Hər oyun sabit olmur. Oyundan oyuna fərq var. Ceyhunun əvəzetmədən birbaşa paltardəyişmə otağına getməsinə gəlincə, futbolçular kurtkalarını özləri ilə götürməmişdi. Ona görə kurtkasını götürüb yenidən qayıtdı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right