"Yaxşı oynamadıq. Bu oyunda məğlub olmağımız hardasa yaxşı oldu. Çünki bu məğlubiyyət bizi göydən yerə endirdi. Bəzi oyunçular "Qarabağ"la oyundan sonra göylərdə uçurdu".
Newsport.az-ın məlumatına görə, bu sözləri Bakının "İnter" klubunun baş mşqçisi Zaur Svanadze Azərbaycan kubokunda 1/4 finalında "Rəvan"a 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, məğlubiyyətin komandaya dərs olduğunu vurğulayıb:
"Ola bilər ki, qoldan sonra komandada arxayınlıq yarandı. Son oyundan sonra bir az yorğunluq var idi. Çalışacağıq ki, cavab oyununda vəziyyəti düzəldək. Kamran Ağayevin çıxışına gəlincə, bizdə heç kimə əsas heyətdə oynamaq zəmanəti verilmir. İkinci qolda demək olar ki, Kamranlıq bir şey yox idi. Ümumilikdə qollara təkrar baxmaq lazımdır. Ruslanın oynamamağı limitlə bağlıdır. Fuad zədələndiyi üçün Abbası oyuna daxil etmişdik".