“Tam üstünlüyümüzün olduğunu düşünmürəm” – Ukrayna millisinin baş məşqçisi

17 yaşadək futbolçulardan ibarət  Ukrayna millisinin baş məşqçisi Oleksandr Petrakov milimizə 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, qarşılaşmanın maraqlı keçdiyini deyib:


“Bu komanda ilə ötən ilin avqustunda da iki yoldaşlıq oyunu keçirmişdik və hər iki qarşılaşma heç-heçə başa çatmışdı. Ümumiyyətlə, Təbriz Həsənovun rəhbərliyi ilə bu yaş qrupunda çıxış edən Azərbaycan yığmasına qarşı indiyə qədər 4 oyun keçirmişdik və heç birində qalib müəyyənləşməmişdi. Bu gün ilk qələbəmizi qazandıq. Bununla belə, tam üstünlüyümüzün olduğunu düşünmürəm. Sona yaxın rəqib bir neçə səhvə yol verdi və biz bundan yararlana bildik. Futbolçularım daha çox oyun praktikası sarıdan əziyyət çəkir”.

affa.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right