“Kəpəz” Bakıda başlayır

Premyer Liqanın XXIII turunda "Sumqayıt” ilə Gəncədəki görüşdən sonra "Kəpəz” Bakıya qayıdıb.

Newsport.az-ın məlumatına görə, oyunun səhəri bərpaedici məşqlə kifayətlənən komanda bir günlük istirahətə buraxılıb və bu gün "sarı-göylər” paytaxtda məşqləri bərpa edəcək.

Gəncə klubu çempionatın XXIV turunda qarşılaşacağı "Rəvan” ilə oyunun hazırlığını həftə ərzində Bakıda keçirəcək. Komandanın bu günə təyin olunan məşqi saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Rəvan” – "Kəpəz” matçı "Bayıl Arena”da martın 6-da saat 16:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right