Ramin Musayev: Həbsə ataq? Nə edib, əcəb edib!

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, müsahibədə PFL rəhbəri danışılmış oyunlarla bağlı maraqlı fikirlər səsləndirib.
 
- I divizionda keçirilən "Şərurspor” – "Göyəzən” oyununun danışılmış olduğu açıq-aşkar görünürdü. PFL bununla bağlı nə vaxt ciddi qərarlar qəbul edəcək?
- PFL-in bununla bağlı hansısa qərarı qəbul etməyə ixtiyarı yoxdu. Bu məsələ ilə bağlı AFFA-da qurum var. Hansı ki, şübhəli oyunla bağlı araşdırmalar gedir.
 
- Azərbaycan yeganə ölkədi ki, bu araşdırmalar heç vaxt müsbət nəticələnmir...
- Gərək sübut edəsən. Bir dəfə İtaliyada "Yuventus”un günahı sübuta yetirilib, vəssalam. Türkiyədə "Fənərbaxça”nın oyunları danışılmışdı. Bəs niyə onlara heç nə etmədilər? Birinci diviziona düşməli idi, niyə düşmədi? Deməyin ki, təkcə Azərbaycanda belə olur. Sadəcə, deyilən şübhəli məqamları sübut etmək üçün bizim əlimizdə lazımi qədər imkan yoxdu. Sübut edə bilsəm, AFFA-nı gözləmərəm, özüm cəzalandıraram. Sübut yoxdu.
 
- Amma AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun məlum videosunda sübut var idi. Bununla bağlı niyə bir tədbir görülmədi?
- Xaqani Məmmədov nə edib? Mən onun vəkili deyiləm. 2001-ci ildə xaricdə birinə bir sillə vurub. Tutub onu həbsə ataq? Nə edib, əcəb edib. Elə danışırsız ki, elə bil Xaqani Məmmədov xalq düşmənidi. Bu məsələyə niyə başqa nöqteyi-nəzərdən baxırsız? Xaqani Məmmədovun Hakimlər Komitəsinə sədr gəldikdən sonra hakimlərin səviyyəsinə baxın. Niyə hakimlərin təmizliyinə baxmırsız? Əvvəllər hakimləri 10-15 ilə yetişdirirdilər. Amma indi 3 ilə nə qədər cavan hakim üzə çıxıb. Onların səbəbkarı kimdi, Xaqani Məmmədov. Yerlim deyil, qardaşım deyil. İnsan düzünü danışmalıdı. Kimlərəsə xoş gəlsin deyə danışmaq lazım deyil. Xaqani Məmmədov 2001-ci ildə bir hadisə törədib. Mən 1986-cı ildə əsgərlikdə olanda bir litvalını vurub şikəst etmişdim. Tutdurun da indi məni. Bu, Xaqaniyə ləkə yaxmaq üçün bəhanədi. O videonu ortaya çıxaran insanlar niyə 15 ildə çıxarmırdı? Əliyar Ağayev Avroliqanın qrupuna təyinat alan gün video yayıldı. Bizim futbolsevərlərimiz, insanlarımızın bir-birinə paxıllığı budu.
 
- Hakimlərin mövsümün ikinci yarısındakı idarəçiliyi sizi qane edir?
- Ümumiyyətlə, bu sual düzgün deyil. Hakim səhv də edəcək. Əsas odu ki, qərəz olmasın.
 
- Premyer Liqanın XXIII turunda "Zirə” – "Neftçi” oyununda Fariz Yusifovun qırmızı vərəqə qərarı bir tərəfin narazılığına səbəb oldu. Məğlubiyyətə bunu əsas gətirirlər...
- Mən "Neftçi” rəhbərliyinin belə fikrini eşitməmişəm. Hakimin həmin oyunda səhvi olub. Amma sırf hakim səhvindən uduzmaq fikri doğru deyil. Hakimin günahından hesab 1:0 olar, 3:0 yox. (apasport)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right