"Xəzər Lənkəran”la oyundan öncə “Neftçi”də 2 itki

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində Lənkəranda yerli "Xəzər Lənkəran”ın qonağı olacaq "Neftçi” qarşılaşmanın hazırlıqlarını davam etdirir. 

Newsport.az-ın məlumatına görə, "ağ qaralar”ın baş məşqçisi Əsgər Abdullayev iki futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Belə ki, Məqsəd İsayevlə Məhəmməd Qurbanov zədə səbəbindən vacib qarşılaşmanı buraxmalı olacaqlar. 
 
Qeyd edək ki, "Xəzər Lənkəran” – "Neftçi” oyunu martın 2-də keçiriləcək. Qarşılaşma 14:00-da Lənkəran şəhər stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right