Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq.
Newsport.az-ın məlumatına görə, komandamız ukraynalı həmyaşıdlıları ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunda baş tutacaq oyun saat 16:00-da başlayacaq. Martın 3-də bu komandalar yenidən eyni saatda üz-üzə gələcək.
Qeyd edək ki, ötən həftə Bakıda Rusiyanın U-17 komandası ilə üz-üzə gələn Təbriz Həsənovun komandası ilk oyunda rəqibinə 1:5 hesabı ilə uduzsa da, ikinci matçda qələbə qazanıb - 1:0.
1 mart
Yoxlama oyunu
16:00. Azərbaycan (U-17) - Ukrayna (U-17) 0-2
Qollar: Oleksiy Kaşşuk, 57 (0:1), 77 (0:2)