"Torpedo"nun yeni transferi, millimizin sabiq üzvü Abdulla Abatsiyev Ermənistana yollanıb.
Newsport.az-ın məlumatına görə, Abatsiyev Armavir klubunun Ermənistanda keçiriləcək toplanışında iştirak edəcək.
"Torpedo" paytaxtdakı bazaların birində hazırlıq keçəcək. İlk oyunlarını "Banants"a qarşı keçiriblər, 0:1 hesabı ilə uduzublar. Abatsiyev bu görüşdə 20 dəqiqə meydanda olub.
U-17, U-19 və U-21-də ümumilikdə 20 matç keçirib 3 qol vuran Abdulla Abatsiyev əsas milli komandamızda bir oyunda meydana çıxıb. 28 may 2014-cü ildə San-Fransisko şəhərində keçirilən ABŞ - Azərbaycan qarşılaşmasında (2:0) 71 dəqiqə oynayıb.