Kamran Ağayev: "Hərdən dostlarla məclisdə qəlyan çəkirəm" MÜSAHİBƏ

"İnter"in qapıçısı Kamran Ağayev "Qarabağ"la (1:1) matçdan sonra Newsport.az-a müsahibə verib:

 
 - Oyun haqda fikirləriniz?
- “Qarabağ”ın oyun taktikasına bələd idik. Bilirdik ki, necə oynayacaqlar. Belə matçda güclü olan deyil, bəxti gətirən qalib gəlir.
 
- “İnter” oyuna bəxt üçün çıxmışdı?
- Xeyr. Qətiyyən. Qoldan sonra biz müdafiə olunduq. Bizim oyun taktikamız belədir.
 
Ehtiyatda oturan Georgi Lomaya sarı vərəqə alanda Lomayaya hakim barədə jest etdin...
- Mən hakimin adını belə çəkməmişəm. Mən hakim deyəndə eşitdin? Mən heç o sözü Lomayaya demirdim. Mirhüseyn Seyidova dedim ki, nə baş verib?
 
- Son dəqiqələrdə buraxılan qoldan sonra hansı hissləri keçirirsən?
- Bir 90 dəqiqə də oynasaydıq “Qarabağ” bizə qol vura bilməzdi. Əlbəttə təəssüflənirəm.
 
- Qoldan sonra topu rəqibə vermək istəmirdin...
- Son dəqiqələrdə qol buraxmaq adama pis gəlir. Öz yerimizdə oynayırdıq və hesab bərabərləşəndə də üstümə gəlir. “İnteri”i aşağılamaq istəmirəm. Sadəcə, bizim taktikamız belədir.
 
- Rəşad Sadıqoun qol vuracağını gözləyirdin?
- Mən fikirləşməmişdim ki, meydana çıxanda qol buraxım

- Kamran, komandanızın keçmiş futbolçulara borclarına görə UEFA ilə problemi hələ də həll olunmayıb. Bunun sizə, sizin oyununuza bir təsiri ola bilər?

- Nə deyim, bəlkə də ola bilər. Amma bunun bizə aidiyyatı yoxdu. Rəhbərliyin işidi. Yəqin ki, həll edəcəklər. Bizimki 90 dəqiqə futbol oynamaqdı. Ondan sonra hərə öz işində-gücündədi, deyib-gülürük.

- Deyib-gülmək demişkən, tez-tez gündəmdəsən, gah restoranda, gah pişiklə şəkil çəkdirirsən, gah da meyxana məclsilərində. Klub rəhbərliyi bununla bağlı nəsə bir irad tutur?

- Əvvəla, onu deyim ki, mən bəzilərinin fikirləşdiyi kimi, barlara, gecə klublarına getmirəm. Hamının normal bildiyi restoranlarda-kafelərdə oluram. Pişik də özümündü, jurnalistlər pişiklə şəklimi dərhal vermişdilər sayta. Evimdə saxladığım pişikdi. O ki qaldı rəhbərliyin nəsə deməsinə, ümumiyyətlə, heç kim mənim şəxsi həyatıma müdaxilə edə bilməz. Uşaq deyiləm, 30 yaşım var. Spirtli içki içmirəm, siqaret çəkmirəm, pis vərdişlərim yoxdu. Bilirsiz ki, bədiyyəni, ədəbiyyatı çox sevirəm. Mənimki musiqidi - muğam və meyxana. Başqa heç bir musiqiyə də qulaq asmıram. Yalnız Azərbaycana məxsus olanı dinləyirəm. Gecə səhərə qədər hansısa toyda oturub meyxanaya qulaq asaram.

- Amma bu yaxınlarda mənə dedilər ki, siqaret çəkirsən. Olduğun restoranın adını da çəkdilər, sadəcə, gəlib çatdıra bilmədim ki, səni canl-canlı görüm.

- Həəə, sizə qəlyanı deyiblər. O restoranda əyilib stolun altından arada bir-iki tüstü qəlyan çəkmişəm. Sizə bunu deyiblər. Ancaq Allah haqqı, nə araq içirəm, nə də siqaret çəkirəm. Kmdənsə qorxacağım-çəkinəcəyim yoxdu, olsa, deyərəm ki, belədi. Sadəcə, hərdən dostlarla məclisdə qəlyan çəkirəm, o da bir-iki qullab.

Kamran, meyxanaçı kimi toya dəvət edirlər səni?

- Yooox, mən peşəkar meyxanaçı deyiləm. Dəvət nədi. Sadəcə, həvəskarıyam. Oturub həvəslə qulaq asım, arada bir-iki bənd deyərəm. Ancaq bu işin peşəkarları var.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right