"Qol vurandan sonra hesabı saxlamaq fikri səhv addım idi" - "İnter"in kapitanı MÜSAHİBƏ

"İnter"in "Qarabağ"la matçda yeganə qoluna imza atan Nizami Hacıyev görüşdən sonra Newsport.az-a müsahibə verib:

- Görüş haqda nə deyəcəksən?

- Çətin olacağını bilirdik. Elə də oldu. Rəqibi yaxşı təhlil etmişdik. "Qarabağ" ölkəmizin iki qat çempionudu və biz onlarla oyundan bir xal qazandıq. Bu gün də ölkənin ən güclü klubudu. Düzdü, bərabərlik qolunu sona 5 dəqiqə qalmış buraxdıq. Amma ondan tez də bu qolu buraxa bilərdik. "Qarabağ"a uduza da bilərdik. Məncə, heç-heçə ədalətli nəticə idi. 

-Sona yaxın nə baş verdi ki, hesabı qoruya bilmədiniz?

- Müdafiə ilə bağlı problemlərdi. Mən bunu müzakirə etmək istəmirəm. Çünki hansısa futbolçunu müzakirə etmək mənə düşməz. Baş məşqçimiz var və o, özü oyundan sonra səhvləri, nöqsanları deyəcək bizə. Yorğunçuluq var idi. "Qarabağ" hazırda fiziki cəhətdən ən yaxşı durumda olan komandadı. 
- Düşünmürsən ki, qələbə qazana bilməməyinizin səbəbi ikinci hissədə hücuma atılmaq istəməməyiniz idi? Halbuki "Qarabağ"ı əks-hücumda tuta bilərdiniz. Sanki cəhd etmək də istəmirdiz...
- Qolu vurandan sonra, hesabı saxlamağı düşündük. Bəlkə də bu səhv addım idi. Amma neyləmək olar, artıq gecdi? Bu oyunu təhlil edib, nəticə çıxarmalıyıq. Artıq bərabərlik qeydə alındı, nəticə məlumdu. Düz qeyd edirsiz, arxaya çəkildik, halbuki əks-hücumda tuta bilərdik rəqibi. Amma əfsuslar olsun ki, artıq gecdi. "Qarabağ"la görüşdə bir xal qazanmağımız normal haldı. 
-"İnter" avrokuboklara ölkə kubokundan yollanmaq istəyir, yoxsa Premyer Liqadan?
- Biz öncə Premyer Liqadan yollanmaq istəyirik. Əgər imkan olsa, kubokda da irəliləmək istəyirik. Düzdü heyətlə bağlı problemlərimiz var. Çox futbolçumuz yoxdu. İstədiyimiz qədər material yoxdu.
-Fasilədə sonra heç də yaxşı çıxış etmirsiz. Beş oyundan beş xal qazanmısınız. Bunu qənaətbəxş saymaq olar?
- Xeyr, yaxşı nəticə deyil. Sadəcə artıq gecdi. Yaxşı hazırlaşmamışdıq bu oyunlara. Bütün komandaların səhvi idi. Bundan sonra yaxşı nəticələr üçün oynayacağıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right