Premyer Liqanın 23-cü turu üçün azarkeş sayı məlum olub.
Newsport.az-ın məlumatına görəi, turun rekordu Gəncədə qeydə alınıb. Burda keçirilmiş "Kəpəz" - "Sumqayıt" oyununu (0:0) 13500 tamaşaçı stadiondan izləyib.
23-cü turun antirekordu isə Şüvəlanda qeydə alınıb. "AZAL Arena"da baş tutmuş AZAL - "Rəvan" oyununu (1:0) cəmi 300 azarkeş izləyib. Turun mərkəzi oyunu sayılan "İnter" - "Qarabağ" qarşılaşmasında (1:1) isə 2000 tamaşaçı qeydə alınıb.
Digər oyunlardan "Zirə" - "Neftçi" qarşılaşmasını (3:0) 900, "Qəbələ" - "Xəzər Lənkəran" matçını isə 1100 tamaşaçı izləyib. Ümumilikdə turun 5 oyununu 17800 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 3560 tamaşaçı deməkdi.