"Adi vəziyyətdə futbolçumuz meydandan qovuldu" - Aqil Məmmədov

"Neftçi"nin qapıçısı Aqil Məmmədov "Zirə" ilə oyundan sonra jurnalistlərə müsahibə verib. Newsport.az həmin müsahibəni təqdim edir: 

 
- Bu oyunda böyükhesablı məğlubiyyətin səbəbini nədə görürsən?
 - Oyuna yaxşı başlamışdıq. Cavid İmamverdiyev qırmızı vərəyəqə alana qədər üstün tərəf biz idik. Adi vəziyyətdə futbolçumuz meydandan qovuldu. Bu, oyunumuza pis təsir etdi.

 

- Hakimin qərarı haqsız idi?
- Fariz Yusifova hörmət edirik. Amma bu vəziyyətə qırmızı vərəqə vermək olmazdı. ÖZü də belə bir matçda.
 
- İkinci qolda müdafiəçilər səni çaşdırdı?
- Əgər qol buraxmışamsa, ya mən səhv etmişəm, ya da müdafiəçilər. Onu deyə bilərəm ki, çox çətin top idi. Qüvvətli bir zərbə idi.

 

- Belə hesabın qeydə alınacağını düşünürdün?
- Biz bura qələbə üçün gəlmişdik. 3:0 hesablı məğlubiyyət gözlənilməz oldu. Əgər mənasız bir qırmızı vərəqə olmasaydı hesab fərqli olacaqdı. Məğlubiyyətin səbəbi məhz bu idi.

 

- Bu mövsüm "Zirə"yə qalib gələ bilməmisiz...
- “Zirə” yaxşı komandadı. Çempionatın ən güclü komandalarından biri elə "Zirə"di. Yaxşı oyun nümayiş etdirdilər. Rəqibi təbrik edirəm.

 

- Komandanı bu məğlubiyyətdən sonra toparlamaq üçün nə etmək lazımdı?
- Bu nəticəni unutmalıyıq və növbəti oyuna hazırlaşmalıyıq. Qarşıda bizi “Xəzər Lənkəran”la kubok matçı gözləyir. Həmin görüşü fikirləşməliyik.

 

- "Neftçi"nin Avroliqa şanslarını necə dəyərləndirirsən?
- Çempionatın bitməsinə 13 tur qalıb. Oyunumuzu inkişaf etdirməliyik. Psixoloji vəziyyətimizi yaxşılaşdırmalıyıq. Hazırda bizim çıxış yolumuz budu.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right