Zaur Svanadze: "Fasilədə ona iynə vurduq"

Oyun çox çətin oldu. İlk hissədə yaxşı oynadıq və təklükəli hücumlar yaratdıq".

Newsport.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.

O, Azərbaycan Premyer Liqasının XXIII turunda "Qarabağ"la keçirilmiş oyun (1:1) haqda bunları deyib: "İkinci hissədə bir az arxaya çəkildik. "Qarabağ"ın ehtiyat oyunçular skamyası daha genişdir. Onlar sona yaxın istəklərinə çatdılar. Komandamdan razıyam. Əvəzetmələrimiz məcburi oldu. Bir neçə oyunçumuz zədəlidir. Fuad döyüşkən oyunçudur. Fasilədə ona iynə vurduq və oyun boyu meydanda oldu".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right