"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov "Qəbələ" ilə səfərdə keçirdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçını dəyərləndirib.
O, əzmkar oyun qarşılığında komandasına təşəkkürünü bildirib. E.Məmmədovun fikrincə, "Xəzər Lənkəran" 1 xal qazandığı halda, "Qəbələ" 2 xal itirib. Məmmədov qol vura bilməmələrini yeganə çatışmazlıq kimi qeyd edib.
Xatırladaq ki, oyun qolsuz tamamlanıb - 0:0 (Sportnet.az)