Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən, doğma meydanda "Rəvan"ı qəbul edən AZAL 1:0 hesablı qələbə qazanıb.
Newsport.az-ın məlumatına görə, oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:
Ötən oyun məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət yaxşı deyildi. Hesab böyük olmalı idi, alınmadı. Ən gözəl oyunlarımızdan biri idi. Çoxsaylı qol vəziyyəti əldə etdik.
- Bu mövsüm yenə "Azal Arena"da məğlub olmadınız. Niyə səfərdə də belə yaxşı oynamır sınız?
- İrəlidə çox oyunlarımız var. Yəqin ki səfərdə də qələbələrimiz olacaq. Hamı evdə yaxşı çıxış edir, eləcə də biz.
- Çoxsaylı şansların qaçırılması sizi narahat edir?
- Əvvəlki iki oyunda qol vəziyəti yaratmadıq. Sevindirici haldı ki artıq çox şans yaratdıq. Çalışıb, gələcəkdə bunu da həll edəcəyik.
-Əldə etdiyimiz məlumata görə, Rüfət Musayevin atası Gənclər və İdman nazirliyinə şikayət edib. O, oğluna klub tərəfindən yetərincə qayğı olmadığını bildirib...
- Xeyr, elə deyil. Bilmirəm, bu söhbətlər haradan yaranıb. Biz onun Bakıdakı bütün müalicə xərclərini ödəmişik. Hazırda futbolçu Moskvada müalicədədi. Ona ümumilikdə 10 min manat yardım edilib. Bunun 4 minini AZAL, qalanlarını "Qarabağ", "Qəbələ" verib, həmçinin Rəşad Sadıqov və Mirhüseyn Seyidov da yardım edib. Bakıya gələndə də bütün xərcləri ödəniləcək. Onun yol xərcləri də klub tərəfindən veriləcək.
Sportal.az