Əsgər Abdullayev: "Bir göz qırpımında hər şey dəyişdi"

"Matça pis başlamamışdıq. Üstünlük tərəfimizdə idi. Amma bir göz qırpımında hər şey dəyişdi".


Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə" ilə oyundan sonra "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib.

Təcrübəli mütəxəssis Cavid İmamverdiyevin qırmızı vərəqə aldığı epizodu şərh etməyib:
 
"Mən hakimin qərarlarını müzakirə etmirəm. Amma futbolçu cərimə meydançasında yıxılmayıb ki, deyəsən, penalti istəyir. Fikrimcə, həmin epizodda təmas var idi. Həmin epizoddan sonra komandamız "sındı". Fasilədən sonra rəqibi əks-hücumlarda yaxalayaraq, fərqlənməyə çalışsaq da, buna nail olmadıq".

Futbolxeber.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right