Azərbaycan yığmasının sabiq üzvü Rusiya klubunda

Rusiyada transfer pəncərəsinin son günündə - fevralın 27-də Armavir "Torpedo"su Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Abdulla Abatsiyevi sıralarına qatıb.

Newsport.az-ın məlumatına görə, bu komanda yeni mövsümdən Rusiya birinci divizionunda çıxış edəcək.

Qeyd edək ki, Abatsiyev son olaraq Bakı "İnter"ində çıxış edirdi. O, hətta Azərbaycan yığmasında da oynamağa imkan tapmışdı. Amma ötən ilin sonunda bu futbolçu Azərbaycan vətəndaşlığından imtina edərək, ölkəsinə qayıtmağa üstünlük vermişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right