Rəşad Sadıqov: "Qarabağ"ı gərgin matç gözləyir"

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri matç haqda danışıb.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Son 5-6 ildə bu komanda hər zaman bizə problemlər yaradıb. "İnter" xüsusi sistemlə oynayır. Hər bir rəqibə çətin anlar yaşadır. Yarandığı gündən liderlərə qarşı yaxşı oyunuyla seçilib. İkinci dövrəyə pis başlamışdılar. Son tur onu göstərdi ki, yaxşı formadadırlar. Kifayət qədər yaxşı heyətləri və məşqçilər var. "Qarabağ"ı gərgin matç gözləyir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right