"Qarabağ"la "Qəbələ2 büdrədi, "Zirə" "Neftçi"ni darmadağın etdi YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, turun bütün görüşləri eyni gündə baş tutacaq.

Açılış matçında “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Gəncədə baş tutacaq oyun meydan sahibləri üçün xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra paytaxt derbisində “Zirə” ilə “Neftçi” üz-üzə gələcək.

Bu oyunla eyni saatda daha bir paytaxt derbisi baş tutacaq. AZAL “Rəvan”ı qəbul edəcək.

Çempionluğa iddia etməsinə baxmayaraq, hazırda üçüncü pillədə qərarlaşan "Qəbələ” bu tur "Xəzər Lənkəran”la qarşılaşacaq. 

Nəhayət, turun qapanış və mərkəzi oyununda "İnter”lə “Qarabağ” qarşılaşacaq. Paytaxt klubu hazırda dördüncü pillədə qərarlaşsa da, iddialılardan hesab olunur və lider Ağdam təmsilçisinin ən çətin rəqiblərindən biridir. 

Azərbaycan Premyer Liqası

23-cü tur
27 fevral (şənbə)

17:00.“Qəbələ” – “Xəzər Lənkəran” - 0:0 

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

 

18:00.“İnter” – “Qarabağ” 1-1

Qol: Nizami Hacıyev, 42  (1:0),Rəşad Sadıqov,87.(1-1)

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
“İnter Arena”

 

15:00. “Zirə” – “Neftçi” - 3:0
Qollar:
 Nelson Bonilya, 68 (1:0), Luis Alberto Diez, 87 (2:0), 90+3 (3:0)
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Əhmədov
Qırmızı vərəqə: Cavid İmamverdiyev, 43 ("Neftçi")
Zirə İdman Kompleksinin stadionu

15:00. AZAL – “Rəvan” - 1:0

Qol: Nuqzar Kvirtiya, 62 (1:0)
Qırmızı vərəqə: Qvanzav Maqomedov (AZAL)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Xəlilov
AZAL Arena.

14:00.“Kəpəz” – “Sumqayıt” - 0:0 

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Kamran Bayramov,  Mahir Məmmədov
Gəncə şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right