Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsində

AFFA-nın İcraiyyə Komitəsinin (İK) yeni tərkibində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da təmsil olunacaq.

Newsport.az-ın məlumatına görə, onun İK üzvlüyünə namizədliyi Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi adlanan qurum tərəfindən irəli sürülüb.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən açıqlamada E.Məmmədyarovun namizədliyinin irəli sürülməsi ilə bağlı xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, İK üzvlüyünə, eyni zamanda AFFA prezidentliyinə seçkilər 2016-cı il martın 11-də keçiriləcək.

E.Məmmədyarovla yanaşı, İK üzvlüyünə Rauf Əliyev,  Vaqif Sadıqov, Elşad Nəsirov, Qurban Qurbanov, Tuyqun Nadirov, Kazbek Tuayev, İsgəndər Cavadov,  Mahir Məmmədov, Mirkamil Rəhimov və Firudin Qurbanovun da namizədliyi irəli sürülüb.(qol.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right