"Neftçi" ilə razılaşmayacaqdım" - Emil Mpenza

"Neftçi”dən problemlə ayrılan və klubdan FİFA-ya şikayət edən Emil Mpenza ilə Bakı klubu arasında razılıq əldə edildiyini bildirmişdik. 

Newsport.az-ın məlumatına görə, klub tərəfindən verilən açıqlamada Mpenzaya olan 800 000 avroya yaxın borcun hissə-hissə ödəniləcəyi deyilmişdi.

Belçika millisinin sabiq futbolçusu bunu təsdiqləyib. O bildirib ki, "Neftçi”nin pulu olmadığı üçün buna razılaşıb: "Bəli, biz razılaşmışıq. Onlar pullarımı hissə-hissə verəcəklər. Əslində, razılaşmayacaqdım. Amma bilirəm ki, "Neftçi”nin pulu yoxdur. Onlar hazırda heç də yaxşı durumda deyillər. Ona görə də razılıq əldə etdik”.

"Qafqazinfo”

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right