"Bakı" əvvəlkindən də yaxşı olacaq"

“Bakı”nın kapitanı Qeyrət Əliyev Newsport.az-a açıqlama verib.

Əliyev komandasının MOİK-lə görüşdəki məğlubiyyəti haqda danışıb: “Oyun barədə nə deyim? Məncə penalti və qırmızı vərəqədən sonra hər şey dəyişdi. Ondan qabaq demək olar ki, 15-20 dəqiqə üstünlük bizdə idi.

Amma penaltidən sonra hər şey dəyişdi. Hakim daha diqqətli olsaydı, görərdi ki, orada 11 metrə deyil, əksinə bizim lehimizə cərimə verilməliydi. Çünki MOİk-in forvardı qapıçımızın əlini tapdalamışdı. Sonra isə hücumçu özünü yerə atdı. Epizodun təkrarına dəfələrlə baxmışıq”.

“Bizim komandada 3-4 oyunçudan savayı digərləri gənc uşaqlardı. Hamısı akademiyanın yetişdirdiyi uşaqlardı. Çoxu 1-ci ildi ki, birinci divizionda çıxış edir. Yəni hələ təcrübəsi yxodu çoxunun. Amma şükür Allaha komandamızı atmamışıq, komandamızla bir yerdəyik. Mən inanıram ki, hər şey düzələcək. “Bakı” əvvəlkindən də yaxşı olacaq İnşallah”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right