Qurban Qurbanov İcraiyyə Komitəsində?!

AFFA-nın İcraiyyə Komitəsinə daha bir namizədin adı bəlli olub.

Newsport.az-ın məlumatına görə, “Qarabağ” rəhbərliyi baş məşqçisi Qurban Qurbanovun namizədliyini vermək fikrindədi.

44 yaşlı mütəxəssis böyük ehtimalla Peşəkar Futbol Liqasını (PFL) təmsil edəcək 4 klub nümayəndəsindən biri olacaq. Buna martın 11-də baş tutacaq AFFA-nın Hesabat-Seçki Konfransında aydınlıq gələcək.

Qurbanov klublar tərəfindən irəli sürülən 3-cü namizəddi. Onadək AZAL Rauf Əliyev, “Sumqayıt” Vaqif Sadıqovu İcraiyyə Komitəsində görmək istədiyini açıqlayıb.

Qeyd edək ki, komitənin hazırkı tərkibində PFL-i Vaqif Sadıqov (“Sumqayıt”), Kazbek Tuayev (AZAL), Hafiz Məmmədov (“Bakı”) və Rauf Əliyev (“Neftçi”) təmsil edir.(apasport.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right