Azərbaycan Premyer Liqanın XXIII turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “Qəbələ” qarşılaşmanın hazırlıqlarına start verib.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, XXII turun fevralın 21-də keçirilən “Rəvan”la səfər matçının (1:0) ertəsi günü hazırlıq keçib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşqə çıxıb.
Hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində zədəli futbolçular - Aleksey Antonov və Dodo iştirak etməyiblər. “Qəbələ” növbəti məşqini bu gün keçirəcək.
Xatırladaq ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu fevralın 27-də keçiriləcək. Qarşılaşmanın start fiti saat 17:00-da veriləcək.