"İnter" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq

Prmyer Liqanın XXIII turu çərçivəsində öz meydanında "Qarabağ"la qarşılaşacaq "İnter" Ağdam klubu ilə oyuna ciddi itkilərlə çıxacaq.

Newsport.az-ın məlumatına görə, Bank klubunda iki legioner - Zurab Xizanişvili və Laşa Kasradze fevralın 27-də baş tutacaq oyunu buraxacaqlar. Sözügedən futbolçular zədəli olduğundan "Qarabağ"la oyunda meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, "İnter" - "Qarabağ" matçı saat 18:00-da "İnter Arena"da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right