Milli Məclisin ötən gün baş tutan plenar iclasında BAXCP-sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan futbolundakı maliyyə məsələləri bağlı çıxış edib.
Newsport.az -ın məlumatına görə, Fazil Mustafanın ardınca Qüdrət Həsənquliyev də son zamanlar problemlər yaranan “Bakı”nın hazırkı vəziyyətinə biganə qalmayıb: “Bakı” klubunun vitse-prezidenti (Yaşar Seyidovu nəzərdə tutub-red.) yazıb ki, orada çox böyük perspektivləri olan 300 uşaq və gənc yetişdirilir. Onların inkişafı üçün xaricdən mütəxəssislər dəvət olunur. Amma maliyyə çatışmazlığından bu klub bağlanır. Hökumət bu məsələyə diqqət yetirməlidir və imkan verməməliyik ki, həmin futbol klubu tamamilə bağlanıb, sıradan çıxsın”.