Futbol üzrə Azərbaycan birinci divizionunda 15-ci tura start verilib.
Newsport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, baş tutan 4 görüşdə aşağıdakı nəticələr qeydə alınıb.
24 fevral
Birinci divizion, 15-ci tur
“Turan Tovuz” - “Ağsu” - 1:2
Qollar: Tuqay Alhüseynli, 26 (1:0), Nurlan İsbəndiyarov, 42 (1:1), Ruslan Həsənov, 67 (1:2)
“Şəmkir” - “Şahdağ” - 2:2
Qollar: Müşfiq Teymurov, 16 (1:0), Yasin Yaqubzadə, 40 (1:1), Qeyrət Qənbərov, 64 (2:1), Şahin Məmmədov, 54 (2:2)
“Zaqatala” - “Mil-Muğan” - 2:0
Qollar: Anar Hacıyev, 46-avtoqol (1:0), Arzuman Nəsibov, 59 (2:0)
MOİK - “Bakı” - 4:0
Qollar: Röyal Nəcəfov, 23-pen (1:0), 45+3 (2:0), Fərid Kərimzadə, 64 (3:0), Səbuhi Əliyev, 90+1-avtoqol (4:0)